“Biz də çalışırdıq ki, xal ehtiyatımızı artıraq. Səfərdən ən azından 1 xalla qayıtmaq istəyirdik. Təəəsüflər olsun ki, alınmadı. Bu oyunu unutmalı və Gəncə səfərindən evə sərfəli nəticə ilə qayıtmalıyıq”.
Sportal.az xəbər verir ki, bu sözlər “Sumqayıt”ın kapitanı Vurğun Hüseynova məxsusudur. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “İnter”ə məğlub olub. Matçdan sonra açıqlama verən kapitan komandasının son durumundan danışıb:
“Təbbi ki, komandanın yaxşı dövrü olduğu kimi, pis vaxtları da olur. Düşünmürəm ki, komanda meydanda etmək istədiyini edə bilmir. Futboldu, alınmayanda alınmır”.
Vurğun Hüseynov bildirib ki, komanda hazırda çempionatda qərarlaşdığı yer üçün çox əziyyət çəkib:
“Komanda yeni yığılanda heç kim deyə bilməzdi ki, “Sumqayıt” avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparacaq. Bu, reallıqdır. Bu gün bu yerdəyiksə, deməli, əziyyətimizin bəhrəsini görürük. Bəzi komandalar 1 məşq edirsə, biz gündə 5 dəfə məşq edirik”.
Kapitan sonda komandanın baş məşqçisi Samir Abasovun “Çempionatın sonuna qədər yəqin ki, 1 qələbə qazana biləcəyik” fikrinə də münasibət bildirib:
“Samir müəllim yəqin ki, əsəbi olub. Çalışacağıq ki, son oyunlarımızda yaxşı nəticələr əldə edək”.
saytlarin hazirlanmasi