“Leyptsiq”in idman direktoru Ralf Ranqnik klubun 22 yaşlı futbolçusu Nabi Keyta ilə bağlı maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəsmisi gənc yarımmüdafiəçini “Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba ilə belə dəyişməyəcəyini bildirib:
“Mən “Bavariya”nın maraqları haqqında heç nə bilmirəm. Nabi Avropanın istənilən güclü komandasında oynamağa qadir bir futbolçudur.Əgər bu keyfiyyətlər onda varsa, onu başqa klublarda görə bilərik. Lakin uzun müddət o, bizimlə birlikdə qalacaq. Keytanı Pol Poqba ilə belə dəyişmərik”.
Qeyd edək ki, “Leyptsiq” klubu hazırda Bundesliqanın turnir cədvəlində 2-ci yerdədir. O, lider “Bavariya”dan 10 xal geridir.
Qvineya millisinin üzvü olan Keyta isə 2016-cı ildən “Leyptsiq”də çıxış edir.
saytlarin hazirlanmasi