Mauro İkardi: “Barselona”nın oyunu mənim üçün fərqli idi” MÜSAHİBƏ

00:39 - 14 Mart 2017

“İnter” klubunun kapitanı Mauro İkardi İtaliya mətbuatına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Cari mövsüm A Seriyasında 20 qol vurmusuz. Mövsüm necə gedir?
- Bu çox əla bir hissdir. Çox yaxşı start götürmüşdüm və ümid edirəm ki, mövsümün sonuna qədər belə davam edəcəm.

 

- İtaliya A seriyasında hazırda 4-cü yerdə qərarlaşmısız.  Bununla yanaşı, Avropa Liqası və İtaliya kubokundan da kənarda qaldınız. Qaydasında getməyən nədir?
- Bunun üçün xüsusi bir səbəb yoxdur. Növbəti mövsüm qalib olmaq üçün daha çox mübarizə aparacağıq. 

 

- Komadanızı “İkardinin inkişafı” adlandırmaq olar?
- Mən klubda sadəcə, bir oyunçuyam. Baş məşqçi, mən və oyunçular əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Əgər bu, mənim qollarımla  yaxşı olursa, daha da gözəldi. Hücumçu olsam da , lazım olanda müdafiəyə də kömək edirəm. 

 

- Bu rəqəmlərlə “Qızıl Buts”ı qazana bilərsiniz?
- Düzü, bunu çoxdan gözləyirəm. Mövsümün sonunda bilinəcək. 

 

- Qonsalo İquain, Paulo Dibala və siz İtaliyada məşhur futbolçulardansız. Argentinalı oyunçular çox məşhurdu?
- İtaliyada argentinalı futbolçular çoxdu, ancaq düşünürəm ki, ən yaxşıları biz və İspaniyada Lionel Messidir. 

 

- Bir gün Lionel Messi ilə birlikdə oynamaq istəyərsiz?
- Bu, mənim üçün xoş arzudur. Milli komandada onunla oynamaq böyük fəxrdir. Çünki o dünyanın ən yaxşı futbolçusudur.

 

-    Bəs Kriştiano Ronaldo ilə?
-    Ronaldo başqa planetdəndir. Lakin bir argentinalı olaraq Messi ilə oynamaq istəyirəm. 

 

- Mövsümün əvvəlində “İnter” ilə müqaviləni 2021-ci ilə qədər uzatdınız. Səbəbini bilmək olar?
- Bəli, yenidən müqavilə imzaladım. Çünki “İnter”lə edəcəyim çox şey var.

 

- Gənc yaşlarınızda “Barselona”da debüt etmədən geri qayıtdınız. Bu sizi incitmədi?
- Xeyr, bu qərarı mən qəbul etdim. “Barselona”nın oyunu bir az fərqlidir. Düşürəm ki, mənə ən çox İtaliya futbolu yaraşır. 

 

- La liqada yenidən oynamaq istəyərsiniz?
- İspaniya və İtaliya futbolu arasında bir sıra fərqlər var. İspaniyada oynamaq çox çətindir, lakin ən azından bunu cəhd etməyə dəyər. Amma hər zaman bunu qeyd etmişəm ki, mənim gələcəyim “İnter”lə bağlıdır. Rəhbərlər öz aralarında mənim transferim barədə danışırlar. Ancaq mən “İnter”lə davam edəcəm. 

 

- “İnter”də cari mövsüm 3 baş məşqçi dəyişikliyi reallaşıb. Hazırda “sükan arxasında” Stefan Piolidir. Lakin şayiələrə görə, Dieqo Simone ilə də danışıqlar gedir. Onun gəlişi haqqında nə düşünürsüz?

-    Bu anidən alınan bir qərardır. Biz başqa bir çalışdırıcını gözləmirdik. Pioli çox vacib işlər görüb. O bizim vəziyyətimizin dəyişməsində böyük rol oynayıb.

Xəbər xətti