Essyenin yeni klubu məlum oldu

11:20 - 14 Mart 2017

"Çelsi"nin sabiq futbolçusu Maykl Essyenin yeni klubu müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, qanalı karyerasını İndoneziyada davam etdirəcək. Təcrübəli yarımmüdafiəçi sözügedən ölkənin "Persib Banduq" klubu ilə anlaşıb. Tərəflər arasında artıq 1+1 illik sözləşmə imzalanıb. 

 

Qeyd edək ki, Essyen vaxtı ilə "Real", "Milan", "Lion" kimi klublarda çıxış edib. 34 yaşlı futbolçunun son klubu ilə "Panatinaikos" olub.

Xəbər xətti