“Mançester Yunayted”in FA Kubokunda səfərdə “Çesli”ylə keçirdiyi matçda azarkeşlərin hədəfinə tuş gələn Joze Mourinyo fitə basılıb və təhqiredici şüarlara məruz qalıb.
Sportal.az xəbər verir ki, oyundna sonra Mourinyo mətbuat konfransında “Çelsi” tarixinin ən yaxşı baş məşqçisi olduğunu vurğulayıb:
“Mən bir peşəkaram. Ona görə də hazırda rəhbərlik etdiyim komandanı müdafiə edirəm. Azarkeş isə nə deyirsə, desin. Biri “Çelsi” tarixində 4 dəfə Premyer Liqa çempionu olsa, mən 2-ci adam olacam. Mən hələ də bu klubun ən yaxşı baş məşqçisi olmuşam”.
Qeyd edək ki, Mourinyo ötən mövsüm “Çelsi”dən ayrılaraq “Mançester Yunayted”ə keçib.