“Bavariya” klubunun baş direktoru Karl-Hayns Rummenigge açıqlama verib.
Sportal.az xəbər verir ki, klubun rəsmisi 22 yaşlı yarımmüdafiəçi və müdafiəçi mövqeyində çıxış etməyi bacaran futbolçunun “Mançester Siti”yə transferi ilə bağlı gəzən söz -söhbətlərə aydınlıq gətirib:
“Bizim Kimmixlə bağlı böyük planlarımız var. O, Filipp Lamın davamedicisi olacaq. Növbəti mövsümdən onu meydanda daha çox görəcəksiniz. Karlo Ançelottinin də onunla bağlı planları var”.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Jozua Kimmix 2015-ci ildən “Bavariya”da çıxış edir.
saytlarin hazirlanmasi