"Tottenhem"də Keyn şoku

10:29 - 15 Mart 2017

İngiltərə Premyer Liqasında yüksək yerlər uğrunda mübarizə aparan “Tottenhem” klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin aparıcı hücumçusu Harri Keyn uzun müddətlik sıradan çıxıb.

 

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, İngiltərə Federasiya kubokunda “Milloul”la matçda zədə alan futbolçunun sağ ayağının diz bağlarında zədə olduğu aşkarlanıb. Onun 6-7 həftə komandadan kənarda, fərdi məşqlər edəcəyi gözlənilir.

 

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Keyn “Tottenhem”in ən sərrast futbolçusudur.

Xəbər xətti