Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Zirə” ilə keçirilən oyundan (1:0) sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri bu gün məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, komanda qarşıdakı turda görüşəcəyi “Sumqayıt” ilə oyuna Bakıda hazırlaşır. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir.
“Kəpəz”in sabah olan məşqi saat 15:00-a təyin olunub.
Hazırlıq planına əsasən, komanda oyun öncəsi sonuncu məşqini martın 17-də saat 16:00-da Gəncə şəhər stadionunda keçirəcək. Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur.
saytlarin hazirlanmasi