"Sumqayıt" bir itki ilə başladı

18:05 - 15 Mart 2017

Premyer Liqanın XXIII turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" bir günlük istirahəti başa vurub.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığa start verib. Son qarşılaşmada zədə almış Mirabdulla Abbasov məşq prosesində iştirak etməyib. Daha çox taktiki gedişlər üzərində çalışan komanda iki tərəfli oyuna hazırlığı yekunlaşdırıb.

 

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu martın 18-də saat 16:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

Xəbər xətti