Almaniyanın "Borussiya" klubu bir futbolçusu ilə sözləşmənin müddətini yeniləyib.
Sportal.az xəbər verir ki, söhbət Qonzalo Kastrodan gedir. 29 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilə qədər müqavilənin müddəti artırılıb. Bu barədə məlumatı Dortmund təmsilçisinin rəsmi saytı yayıb.
Qeyd edək ki, Kastro 2015-ci ildə "Bayer"dən transfer olunub.
saytlarin hazirlanmasi