"Mançester Siti" ilk oyunda qalib gəldiyi (5 - 3) "Monako"ya cavab matçında 1 - 3 hesabıyla məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola məğlubiyyətə şərh verib. İspan mütəxəssis şanssızlıqdan şikayətlənib:
"Birinci hissədə meydana çıxmağı unutduq. İkinci hissədə yaxşı oynadıq, amma bu kifayət etmədi. Çempionlar Liqasında çox təcrübəli komanda deyilik. İkinci hissədə çox qol vəziyyətləri yaratdıq. Amma qol vura bilmədiyimiz üçün turnirlə vidalaşdıq. Bəzən şans da yanınızda olmalıdı. Bu matçda isə şans bizim tərəfimizdə deyildi".
saytlarin hazirlanmasi