Premyer Liqa klubunda baş məşqçi istefası

16:42 - 16 Mart 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan "Midlsbro" klubu baş məşqçisi Aytor Karanka ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis son vaxtlar uğursuz çıxışı səbəbindən istefaya göndərilib.

 

"Midlsbro" Premyer Liqada 22 xalla 20 komanda arasında 19-cu yerdədir.

 

Qeyd edək ki, 43 yaşlı Karanka 2013-cü ildən bu komandanı çalışdırırdı. O, ötən il "Midlsbro"nu 7 illik fasilədən sonra Premyer Liqaya yüksəltmişdi.

Xəbər xətti