Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Kəpəz”in qonağı olacaq “Sumqayıt” oyununu hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu gün növbəti məşqini kerçirib.
Əldə etdiyimiz məlumata görə, “kımyaçılar” Gəncə səfərinə ciddi itki ilə yollanacaqlar. Belə ki, komandanın hücumçusu Mirabdulla Abbasov zədə səbəbindən ötən gün olduğu kimi, bu gün baş tutan məşqdə də iştirak etməyib. Onun komanda ilə birgə Gəncə səfərinə aparılmayacağı gözlənilir.
Qeyd edək ki, martın 18-də baş tutacaq “Kəpəz” – “Sumqayıt” oyunu saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi