"Mançester Yunayted"in ulduz futbolçusu Zlatan İbrahimovic gələcək karyerası ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 35 yaşlı isveçli futbolçu adının "Napoli" ilə hallanmasına münasibət bildirib:
"Heç vaxt nələrin baş verəcəyini təxmin edə bilmərik. Mən hazırda "Mançester Yunayted"də xoşbəxtəm. Agentim Mino Rayola ilə məsləhətləşəcəm. Hər şeyi zamanın ixtiyarına buraxmışam".
Zlatan İbrahimoviçin müqaviləsi "qırmızı şeytanlar"la mövsümün sonunda başa çatır.
Qeyd edık ki, Zlatan bu mövsüm Premyer Liqada 25 oyuna 15 qol vurub və 4 assist edib.
saytlarin hazirlanmasi