Mario Balotelli: “Mənə “Liverpul” haqda danışmayın” MÜSAHİBƏ

11:00 - 17 Mart 2017

“Nitsa” klubunun və İtaliya millisinin hücumçusu Mario Balotelli Fransa mətbuatına müsahibə verib.

 

 Sportal.az həmin müsahibəni təqdim edir:

 

- “Nitsa”da özünüzü necə hiss edirsiniz?
- Hər şey əladı.Özümü çox yaxşı hiss edirəm. Burada bizim xüsusi azarkeşlərimiz var. Onlar bütün oyunlarda bizi dəstəkləyirlər. Hər birinə təşəkkür edirəm. Gənc futbolçulardan ibarət komanda olsaq da, burada çox xoşbəxtəm. Doğrudur, burada çıxış etdiyim müddətdə 2 qırmızı vərəqə səbəbilə bir müddət oyunlardan kənar qaldım. Ancaq nə qədər çox qol vurmaq istəyirsizsə, o qədər çox oynamalısız.

 

- Sizcə, “Nitsa” nə vaxtsa Avropanın ən yaxşı klublarından biri ola biləcək?
- Bəli, ümid edirəm. Burada yaşamaq üçün müqaviləni yeniləyəcəm. Əgər futbolu Avropa səviyyəsində olsa, siz yaşamaq və təhsil almaq üçün buradan daha yaxşı yer tapa bilmərsiniz.

 

- Fransa və İngiltərə liqası arasında hansı fərq və oxşarlıqlar var?
- Fransa asan bir liqa deyil. Lakin İngiltərə Premyer liqası ilə müqayisə edə bilmərəm. Premyer Liqa hər zaman dünyanın yaxşı liqası olacaq. Bura gəldiyimdən bəri, çox istedadlı futbolçular gördüm. Fransa liqasının bütün problemlərini həll etmək üçün bunun səbəblərini və yollarını tapmalıyıq. Çünki Avropada qayda bu cürdür.

 

-  Fransa I Liqasında bomardir Edinson Kavanidir. Onu kimsə keçə bilər?
-  Kavani neçə qol vurub? 27? Dəqiq bilmirəm. Mən ondan çox uzaqdayam. Amma mən bu mövsüm çox da oynamadım. Amma yaxşı formadayam.

 

-  Komandada çox zarafatcılsız?
-  İnanın, “İnter”də necə idimsə, burda da eləyəm. Hamı ilə zarafat edirəm.

 

-  Müdafiə futbolunu sevirsiz?
-  Heç sevmirəm. Müasir futbol bunu xoşlayır: sən bütün həftə ərzində çalışmalı və sürətli oyun nümayiş etdirməlisən.

 

- İtaliya milli komandasına bir müddətdir ki, dəvət almırsız...
- Milli komandanı sevirəm. Bu, həqiqətdir ki, yığmada çox güclü hücumçular var. Əgər onlar məni dəvət etsələr, hazıram.

 

-  “Bastiya” ilə matçda irqçi şüarlara məruz qalmışdınız...
-   Çox təəssüf ki, bunun qarşısı alınmır. Futbolda böyük problemlərdəndir. Oyun zamanı heç nə deyə bilmirdim. Bu, ədalətli deyildi. Etirazımı sosial şəbəkədə etdim. Əslində onların cavabını meydanda verə bilərdim, amma susdum. Bu haqda danışmayaq, keçin növbəti suala.

 

-    Xarakteriniz bir çox insalara maraqlıdır...

-    Uşaq yaşarımda necə idimsə, indi də eləyəm. Zarafatcıl insanam. Mən həmişə cavanam, başımı itirməmişəm. Mənim öz həyat tərzim var, sevirəm yaşayışımı. Çənim çoxlu dostlarım var. Mən çox yaxın olan bir neçə şəxs var. Mənə maraqlı deyil ki, hərəkətlərim haqda necə müzakirə edirlər. İnsanların düşüncələri məni maraqlandırmır. Onlar məni yalnız hər həftə 90 dəqiqə görürlər.

 

- Fransada hakimlərin idarəçiliyini necə dəyərləndirirsiniz?
- Fransa liqası İngiltərə və İtaliyadan xeyli fərqlənir. Burada hakimlərin mühakimə yolları müxtəlifdir. Sərt qaydalar qəbul edən hakimlər də var. Lakin onu deyə bilərəm ki, italyan hakimlər burdakılardan daha yaxşıdır. 

 

- Fransa haqqında təəssüratlarınız necədi?
- Fransa gözəl ölkədir. Xüsusilə cənubunu çox sevirəm. Ötən günlərin birində Monakoda oldum: günəş, dəniz. Şimalı çox sevməsəm də, orada oynamaq məcburiyyətində qalıram. Paris sadəcə, bir az soyuqdur. 

 

- “Monako” və PSJ komandalarının çıxışına münasibətiniz necədi?
- Düzü, “Monako” son vaxtlar daha çox maraq dairəmdədir. PSJ-də yaxşı futbolçular çoxdur, lakin bir komanda halında oynamırlar. Düşünürəm ki, Zlatan İbrahimoviçdən sonra onlar bir komanda halında oynaya bilmirlər. “Monako”da PSJ-dən fərqli olaraq, məşhur futbolçular yoxdur, ancaq onların sərgilədiyi performans çox mükəmməldi.

 

- “Liverpul” barədə nəsə demək istəyirsiniz?
- Xahiş edirəm, mənə “Liverpul”dan danışmayın.

 

-  Gənc karyeranızda “Barselona”ya keçidniz necə oldu ki, baş tutmadı?
-  “Barselona” məni transfer etmək istəyirdi, amma “İnter” çox pul tələb etdi. Onlar da bu məbləği vermədi.

Xəbər xətti