Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Lester"in qapıçısı Kasper Şmeyxel ən yaxşı futbolçu seçilib.
Danimarkalı "əlcək sahibi" ümumi səslərin 36 %-ni toplayıb. "Atletiki"nun qapıçısı Yan Oblak ikinci, "Monako"nun futbolçusu Kulian Mbappe isə üçüncü olub.
saytlarin hazirlanmasi