Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt"ın U-19 komandası Almaniya Cənub Gənclər Bundesliqasının XXII turu çərçivəsində "Hoffenhaym”ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunda hesabı qonaqlar açsa da, Renat Dadaşov 76-cı dəqiqədə komandasına 1 xal qazandıran qolun müəllifi olub.
Qeyd edək ki, “Ayntraxt U-19” hazırda aktivindəki 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.
Xatırladaq ki, Dadaşov ötən tur "het-trik"lə yadda qalmışdı.
saytlarin hazirlanmasi