"Meydançadan şikayət etməyə ehtiyac yoxdu"

18:48 - 18 Mart 2017

“Bu qələbəni azarkeşlərimizə bayram hədiyyəsi etdik”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdur.

 

“Sarı-göylər” Azərbaycan Premyer Liqasının XXIII turunda öz meydanında “Sumqayıt”ı məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında fikirləriniu bildirən mütəxəssis çətin oyun keçdiyini vurğulayıb:

 

“Gərgin oyun oldu. Ümumiyyətlə, son oyunlarımız gərgin keçir.  Bu gün bizə oyundan çox nəticə lazım idi. Sevinirəm ki, komandam son 5 oyundu məğlub olmur. Bir neçə qol vəziyyətimiz var idi, fərqlənə bilərdik. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

 

Mütəxəssis bildirib ki, Gəncə stadionundan razı qalmayan qonaq komandalar haqlı deyillər: “Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm. Bu meydança ən çox bizə mane olur. Çünki hücum quran futbolçularımız texnikalıdırlar, amma bu stadionda istədiklərini göstərə bilmirlər. Demək istəyirəm ki, meydançadan şikayət etməyə ehtiyac yoxdur. Çünki biz burda məşq etmirik ki, nəyinsə üzərində çalışaq. Hər iki komanda üçün meydança eyni olur. Artıq dillər əzbəri olub, hamı meydançamızdan şikayətlənir. Mənə elə gəlir ki, bu, səbəb deyil”.

Xəbər xətti