Almaniya milli komandası və "Arsenal"ın futbolçusu Mesut Özilin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "topçular"ın məşqi zamanı aldığı zədə 29 yaşlı yarımmüdafiəçinin yığmanın düşərgəsinə yollanmasına problem yaratmayacaq. Türk əsilli futbolçu bu gündən etibarən millinin düşərgəsində olacaq.
Məsul Özil martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyununda iştirak edə biləcək.
saytlarin hazirlanmasi