"Mançester Yunayted"dən ayrılması gözlənilən Bastian Şvanştaygerin gedəcəyi ünvan müəyyənləşib.
Sportal.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü ABŞ-ın yolunu tutmağa hazırlaşır. Belə ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını MLS-də mübarizə aparan "Çikaqo"klubunda davam etdirəcək. Bu barədə təcrübəli futbolçu özü məlumat verib:
"Çikaqo"nun icraçı direktoru ilə danışdım və klubun hədəflərinə razı oldum. Nelson Rodriqes ve Pauno ilə görüşdükdən sonra klubun fəlsəfəsini anladım. Bu layihədə olmaq və kömək etmək istəyirəm".
"Çikaqo"nun icraçı direktoru Nelson Rodriqes də Şvanştaygeri heyətlərinə cəlb edəcəklərini təsdiqləyib. Ulduz futbolçunun önümüzdəki həftədən etibarən komandaya qoşulacağı gözlənilir.
saytlarin hazirlanmasi