Almaniya Futbol Federasiyası 2016-cı ilin ən yaxşı məşqçisini seçib.
Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşısı mükafatı Bundesliqa təmsilçisi “Hoffenhaym”ın 29 yaşlı baş məşqçisi Yulian Naqelsmanna verilib. Bundesliqanın ən gənc məşqçisi olan Naqelsmann uşaq futboluna verdiyi xidmətlərə görə bu mükafata layiq görülüb.
Belə ki, Naqelsmann Almaniya millisinin müxtəlif yaş qruplarına bir çox futbolçu qazandırıb.
saytlarin hazirlanmasi