Avropa nəhəngləri "Şalke"nin futbolçusuna "elçi düşdü"

11:56 - 22 Mart 2017

“Şalke” ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Sead Kolaşinaça nəhəng klublardan təkliflər yağır.

 

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, bosniyalı müdafiəçi “Şalke”dən yeni müqavilədə llik 3 milyon avro tələb etsə də, komandası bundan imtina edib.  

 

Avropanın nəhənglərindən hesab edilən “Milan”, “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Yuventus” və “Roma” 23 yaşlı sol cinah müdafiəçisinə illik 3 milyon avrodan çox maaş ödəməyə hazırdılar. Kolaşinaç 6 komanda arasında seçim edəcək.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan Kolaşinaç bu mövsüm 3 qol vurub və 5 assist edib.

Xəbər xətti