DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Almaniya yığması daha bir ikti ilə üzləşib.
Sportal.az xəbər verir ki, bu gün İngiltərə yığması ilə yoldaşlıq oyunu keçirəcək Bundestimdə Sami Xedira sıradan çıxıb.
“Sky Sports”un yaydığı xəbərə görə, “Yuventus”un futbolçusu sol dizindəki ağrılara görə İngiltərəyə qarşı onyamayacaq. Onun millidən kənarda qalıb-qalmayacağı tibbi müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, martın 26-da Bakıda millimizin qonağı olacaq Bundestimin heyətində Məsut Özil, Mario Qomes və Julian Draksler də zədəlidir.
saytlarin hazirlanmasi