Almaniya milli komandasının qolkiperi Manuel Noyer ailə həyatı quracaq.
Sportal.az xəbər verir ki, 30 yaşlı əlcək sahibi toy mərasimini yayda İtaliyada keçirəcək.
Noyer Nina Vaysla 2 ildir ki, sevgilidir. Cütlük yeni ildə nişanlanmışdı. Noyerlə Vays toylarını İtaliyanın vilayətlərindən biri olan Apuliyada etməyə qərar veriblər.
Xatırladaq ki, Noyer hazırda zədə üzündən millidən kənarda qalmalı olub. Təcrübəli qapıçı martın 26-da millimizlə keçiriləcək matçda Almaniyaya kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi