UEFA 2018/19 mövsümündə Çempionlar Liqasında iştirak edəcək klublarla yeni bağlı məlumat yayıb.
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 2018/19 mövsümündən etibarən reytinq siyahısının ilk 4 pilləsində olan ölkə qrup mərhələsində 4 klubla təmsil olunacaq.
Əmsallar cədvəlində 5-6-cı yerləri turan 2 ölkənin 2 komandası yarışa birbaşa qrup mərhələsindən qoşulacaq. Bu ölkələrin daha 1 təmsilçisi isə qrup mərhələsinə düşmək üçün 2 mərhələ adlamalıdı.
Reytinqdə 7, 8, 9, 10-cu olan ölkənin 1 klubu qrup mərhələsində iştirak edəcəyi halda, 1 klub da yarışa seçmə mərhələdən başlayacaq.
Cədvəldə 11 və 12-cı yeri tutan ölkələrin çempionları isə yarışa sonuncu təsnifat mərhələsindən qoşulacaqlar.
Bununla da 2018/19 mövsümündən etibarən 24 klub ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək.
saytlarin hazirlanmasi