DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Almaniya yığması yoldaşlıq matçında İngiltərəni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv oyun haqda fikirlərini bölüşüb:
“İngiltərə millisinin daha fəal olduğunu deyə bilərəm. Onlar təkbətək mübarizələrdə daha iddialı idilər. Bizə müəyyən vaxt lazım idi ki, İngiltərənin təzyiqinə uyğunlaşaq. Futbolçularımız da matçın gedişində bunu bacardılar. Düşünürəm ki, gözlədiyimiz alındı. Komandamıza həqiqətən də problem yaradan rəqibə qarşı oynamaq çox xoş idi. Bu qarşılaşma Azərbaycanla oyunöncəsi əla sınaq oldu”.
Löv martın 26-da Azərbaycana qarşı keçirəcəkləri səfər oyununda da danışıb:
“Qələbə seriyamızı Azərbaycanla oyunda da davam etdirəcəyimizə tam əminəm. Düzdü, qrupda keçirdiyi 4 oyuna 7 xal toplayan rəqibimiz də sürpriz etməyə qadirdir. Lakin biz oyunda əlimzidən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi