Agenti açıqladı - Əmrə Mor "Beşiktaş"a gedir?

11:44 - 24 Mart 2017

Dortmundun “Borussiya” klubunda əsas heyətə düşməkdə çətinlik çəkən Türkiyə millisinin üzvü Əmrə Morun adı “Beşiktaş”la birgə hallanır.

 

Sportal.az xəbər verir ki, “qara qartallar” gənc futbolçunu mövsümün sonunda icarəyə iddia olunur.

 

Ancaq məsələ ilə bağlı açıqlama verən futbolçunun agenti Muzzi Özcan deyilənləri təkzib edib. O, “Beşiktaş”la danışıqlar aparmadığını deyib:

 

“Əmrənin adının “Beşiktaş”la hallanması yaxşı haldır. Ancaq bu məsələ ilə bağlı klubla heç bir danışığımız olmayıb. Düzdü, Əmrə “Borussiya”ya getməmişdən öncə “Beşiktaş”dan təklif almışdı. Lakin o gündən bu yana İstanbul klubu ilə heç bir danışığımız olmayıb. Əmrə hazırda “Borussiya”dadır və klubunda güclənmək üçün əlindən gələni edir”.

 

Qeyd edək ki, Əmrə Mor mövsümün əvvəlində “Borussiya”da transfer olunsa da, çox forma şansı qazanmır.

Xəbər xətti