Məşhur futbolçu karyerasını başa vurdu

15:57 - 24 Mart 2017

Almaniya yığmasının sabiq futbolçusu Kevin Kuranyi karyerasını bitirib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, bu barədə məlumatı futbolçu özü verib:

 

“Nəhayət ki, mənim də məqamım gəldi. Artıq 35 yaşım var. Hesab edirəm ki, karyeramı bitirməyin vaxtıdı. İndi vaxtımı başqa işlərə həsr etməliyəm”.

 

Braziliya əsilli hücumçu karyerası ərzində Almaniya millisinin və "Şalke", "Ştuttqart", "Dinamo" (Moskva) və "Hoffenhaym" kimi klubların formasını geyinib.

Xəbər xətti