"Sumqayıt" 5 günlük istirahətin ardından məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti turda qarşılaşacağı "Neftçi" ilə oyunun hazırlığına start verib.
21 və 23 yaşadək milli komandaların heytində yer alan futbolçularla yanaşı, son turda "Kəpəz"lə qarşılaşmada zədə alan Süleyman Əhmədov da məşq prosesində iştirak etməyib.
Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. "Sumqayıt"ın növbəti məşqi sabah saat 16:00-da "Kapital Bank Arena"da olacaq.
Qeyd edək ki, "Sumqayıt" növbəti turda apelin 2-də doğma arenda "Neftçi"ni qəbul edəcək.