Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla səfər oyununda “Arsenal”ın futbolçusu Məsut Özilin xidmətindən istifadə etməyə bilər.
Sportal.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Bakıya səfərdən öncə baş tutan son məşqdə iştirak etməyib. Ancaq komandanın baş məşqçisi Yoahim Löv kürəyindəki ağrılardan əziyyət çəkən futbolçunu ölkəmizə gətirməyi qərara alıb. Türk əsilli futbolçunun millimizlə oyunda meydana çıxıb-çıxmayacağı paytaxtımızda müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi