“Biz öncə Azərbaycanın qrupdakı vəziyyətinə və topladığı xallara baxmalıyıq”.
Sportal.az xəbər verir ki, bu sözləri Almaniya millisinin meneceri Oliver Birhoff deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Bundestimin idarə heyətində yer alan keçmiş futbolçu matçdan öncə hər bir nüansı nəzərə aldıqlarını, bütün lazımi tədbirləri gördüklərini deyib:
“Rəqibimiz 4 oyuna 7 xal toplayıb və turniur cədvəlində 3-cü pillədədir. Bu mərhələdəki yeganə ev oyununda Norveçi məğlub etməyi bacarıblar. Güclü azarkeş dəstəyi altında qələbə qazanmağa çalışacaqlar. Biz isə qələbə seriyamızı davam etdirmək niyyətindəyik”.
Birhoff saat fərqi ilə əlaqədar olaraq oyunçuların normal yuxu rejimlərinə əməl etmələri üçün otaqları süni olaraq qaranlıqlaşdıracaqlarını da əlavə edib: “Bakıda hava tez işıqlandığı üçün oteldəki otaqlarda süni qaranlıq yaradacağıq ki, bu, oyunçuların yuxu rejiminə təsir etməsin”.
saytlarin hazirlanmasi