Aleksandr Səmədov: "Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir"

18:40 - 27 Mart 2017

“Əlbəttə, Azərbaycan millisinin oyunlarını izləyirəm. Onlar DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxış edirlər”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Rusiya millisinin üzvü Aleksandr Səmədova məxsudur.

 

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu “Sovetski Sport”a verdiyi müsahibədə millimizlə bağlı sualı cavablandırıb. O, yığmamızın seçmə mərhələnin qrupundan çıxmaq gücündə olduğunu deyib: “Bildiyimə görə, Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər korpusunun işləri qaydasında gedir. Azərbaycan millisinin turnir cədvəlindəki vəziyyətini nəzərə alsaq, qrupdan çıxmaq gücündə olduqlarını deyə bilərik”.

 

Qeyd edək ki, 32 yaşlı futbolçu vaxtıilə millimizin düşərgəsinə qatılsa da, sonradan qərarını dəyişib və Rusiya millisində oynamağa razılıq verib.

Xəbər xətti