Berti Foqtsun dönəmində millimizdə qapıçılar üzrə məşqçi çalışan almaniyalı Uli Ştayn ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Axərbaycan millisinin futbolçuları haqda danışıb. O, DÇ-2018-in seçmə mərhələsində baş tutan Azərbaycan – Almaniya matçında Bundestimin qapısına qol vuran “Aue”nin futbolçusu Dimitri Nazarovu tərifləyib. O, yarımmüdafiəçinin Avropanın aparıcı çempionatlarında oynamaq gücündə olduğunu deyib: “Azərbaycan millisinin bəzi futbolçuları Avropa çempionatlarında oynamaq gücündədir. Məsələn, elə Almaniyanın qapısından qol keçirən Dimitri Nazarov. Onun Bundesliqada və Avropanın çempionatlarında oynamaq potensialı var. Lakin azərbaycanlı futbolçular çox zaman karyeralarında düzgün qərar qəbul etmirlər, öz şanlarını qapıçırırlar”.
Qeyd edək ki, vaxtı ilə “Hamburq”, “Ayntraxt” və “Arminiya” kimi klubların şərəfini qorumuş Uli Ştayn Azərbaycan millisindən ayrıldıqdan sonra işsizdir.
saytlarin hazirlanmasi