Almaniya millisinin və “Bavariya”nın zədəli futbolçusu Manuel Noyerin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, məşqlərin birində zədə alan futbolçunun vəziyyəti qənaətbəxşdir. Bunu bu gün mətbuat konfransı keçirəcən Münhen təmsilçisinin baş məşqçisi Karlo Ançelotti deyib. O, təcrübəli “çərçivə qoruyucusu”nun tezliklə sıralara dönəcəyəni vurğulayıb:
“Əlbəttə, Noyerin olmaması bizim üçün ciddi itkidir. O, bizim bir hissəmizdir. Onu deyə bilərəm ki, Manuel Bundesliqada “Auqusburq”la matçda bizimlə olamayacaq. Amma onun “Real”la matçı buraxmaq ehtimalı yoxdur”.
Qeyd edək ki, Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Bavariya” “Real”ı öz meydanında qəbul edəcək. Həmin qarşılaşma aprelin 12-də baş tutacaq.
saytlarin hazirlanmasi