"Borussiya"nın futbolçusu Andre Şürle Almaniya millisinin heyətindən zədəli qayıdıb.
Sportal.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin baş məşqçisi Tomas Tuxel məlumat verib. O, 26 yaşlı hücumçunun Bakıda Azərbaycan millisi ilə qarşılaşmada zədələndiyini bildirib. Forvard Bundesliqanın 26-cı turunda "Şlake" ilə matçda oynaya bilməyəcək.
Qeyd edək ki, Şürlenin 2 qol vurduğu oyun Almaniyanın milli komandamız üzərində 4 - 1 hesablı qələbəsi ilə başa çatmışdı.
saytlarin hazirlanmasi