Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Çindən gələn təklifi rədd etdiyini açıqlayıb:
“Təxminən bir il əvvəl mənə zəng edib dedilər ki, Çin klubundan təklif var. Məndən Çinə gedib-getməməyimlə bağlı soruşdular və “yox” cavabı verdim. Görün nə qədər insan pula görə Çinə üz tutub. Bu, hər kəsin öz şəxsi seçimidi. 2005-ci ildə isə idman direktoru "Sevilya" ilə oyunöncəsi bildirdi ki, ispaniyalı nümayəndələr sənin oyununu izləyəcklər. Təəccüblənsəm də, öz-özümə dedim ki, İspaniya mənim nəyimə lazımdı? Mənə elə burda da yaxşıdı”.
Qeyd edək ki, Rusiya millisinin üzvü olan Səmədov qış transfer pəncərəsində "Lokomotiv"dən "Spartak"a keçib.
saytlarin hazirlanmasi