Rusiya klubu cümə günləri oynamaq istəmir

19:19 - 6 Aprel 2017

Mahaçqalanın "Anji" klubunun rəhbərliyi Rusiya Futbol Federasiyasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ev oyunlarını cümə günləri keçirmək istəmir. Bunun ölkə mətbuatına açıqlamasında klubun Direkotlar Şurasının sədri Anzor Kavazaşvili deyib. Onun sözlərinə görə, cümə günü müsəlmanlar üçün müqəddəs gün hesab edildiyindən insanlar məscidlərə gedir, ailələri ilə vaxt keçirilər. Bu səbəbdən "Anji"nin ev oyunlarında stadion azarkeşlərlə dolu olmur.

 

Məsələ uilə bağlı açıqlama verən Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin "Anji" rəhbərliyinin bu xahişini nəzərə alacaqlarına, onlara güzəşt edəcəklərini bildirib.

Xəbər xətti