Riberi: "Ançelotti yaxşı öpüşür"

13:32 - 10 Aprel 2017

"Bavariya"nın fransalı futbolçusu Frank Riberi maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Bundesliqanın son turunda "Borussiya"ya qalib gəldikləri matçın (4:1) 74-cü dəqiqəsində oyundan alınmışdı. Baş məşqçi Karlo Ançelottinin bu qərarına isə futbolçu əsəbiləşmişdi. Ançelotti isə əsəbiləşən Riberinin yanına gedərək onun yanağından öpmüşdü. Oyunun gedişində yaşanan bu maraqlı hadisədən sonra 34 yaşlı futbolçu jurnalistlərə açıqlama verib:

 

"Ançelotti ilə yaxşı əlaqəmiz var. Hər ikimiz bir-birimizə güvənirik. Onun məni öpməsi çox gözəl idi və duyğulu bir an idi. Deyərdim ki, o, yaxşı öpüşür".

 

Münhen klubunun hollandiyalı futbolçusu Aryen Robben isə Ançelottinin Riberini öpməsinə qısqandığını bildirib:

 

"Öpüş üçün çox qısqandım. Bəlkə, Ançelotti bir gün məni də o şəkildə öpər".

Xəbər xətti