Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan “Zirə” – “İnter” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
- “İnter”i təbrik edirəm, medal qazandılar. Oyuna gəlincə, bilirdik ki, çətin olacaq. Oyuna pis başlasaq da, sonradan özümüzə gəldik. Bizim üçün hər xal qızıla bərabərdir. Qarşıdakı matçlarda daha yaxşı oynamağa çalışacağıq.
- Avrokuboklara getmək şansınız hələ də qalır. Ümumiyyətlə, “Zirə” avrokuboklara hazırdırmı?
- Ötən ildə də hazır idik. Klubumuz UEFA-nın tələblərini yerinə yetirməyə çalışır. Ümid edirəm ki, Avropa Liqasına vəsiqə qazana biləcəyik.
- Bu gün baş tutacaq AZAL - “Sumqayıt” oyununda yəqin ki, AZAL-a azarkeşlik edəcəksiz?
- Həmin oyuna baxa bilməyəcəm. Lakin köməkçilərim həmin matçı izləyəcək. Özüm səfərə hazırlaşıram. Pro kateqoriyası almaq üçün Belarusa gedəcəm. Ancaq həmin oyunda hansısa komandaya azarkeşlik etməyi düzgün hesab etmirəm. Düzgün deyil. Əsasən, qarşıdakı oyunlarımız barədə düşünürük.
- Belə vacib məqamda komandanı tərk etməyiniz problem yaratmayacaq ki?
- Cəmi iki günlük gedəcəm. Düşünmürəm ki, bu, problem yaratsın. (Futbol11.az)
saytlarin hazirlanmasi