Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən AZAL - "Sumqayıt" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasov qələbəni şərh edib.
- AZAL-la çox çətin oyunumuz keçdi. Bir tərəfdə hər xala görən vuruşan komanda, digər tərəfdən də stimulu olmayan rəqib var idi. Bizim həyəcanımız oyunun sonuna kimi davam etdi. Bizə xal lazım idi. Qarşıda bizi vacib oyun gözləyir. "Zirə" ilə oyun bizim üçün finala bərabər olacaq".
- AZAL-ın sizə qarşı belə çıxış edəcəyini gözləyirdinizmi?
- Təxmin edirdik. Çünki başqa söz-söhbətlər də bizə çatmışdı. Amma bunu deyə bilmərəm. Bilirdik ki, AZAL oyuna çox ciddi şəkildə hazırlaşıb. Eyni statuslu komanda üz-üzə gələndə, digəri nəyisə sübut etməyə çalışır.
- Söhbət stimullaşdırmadan gedir?
- Xeyr. Demişdilər ki, gəlin sizi gözləyirik. Bilmirəm, bu zarafat idi, yoxsa gerçək. (Futbol11.az)
saytlarin hazirlanmasi