Premyer Liqanın son turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzaraq 7-ci pilləyə düşən "Neftçi"nin uğursuzluğu ilə azarkeşləri heç cür barışa bilmir.
Sportal.az xəbər verir ki, komandanın azarkeş qrupu olan "Forza Neftçi" bəyanat yayıb. Fanat ordusu bəyanatda sponsora səslənir, klubda radikal dəyişikliklərin edilməsini istəyir. Onların bəyanatını təqdim edirik:
"Başda çox hörmətli cənab Rövnəq Abdullayev və bütün Dövlət Neft Şirkəti rəhbərliyi, sizin də gördüyünüz kimi son üç ildə komandaya ayrılan iri miqdarda pullar və yaradılan şəraitin qarşılığı hər il üzləşdiyimiz fiaskodur. 2015-2017 illərində liqada biabırçı nəticələr, ardıcıl 2 il "Qarabağ" FK-ya kubok finalı məğlubiyyəti, bu il də yenə "Qarabağ"a yarımfinal məğlubiyyəti "Forza Neftçi" olaraq 2009-dan bəri tam səkkiz ildir ki, azad azarkeş qrupu olaraq komandanın yanındayıq və durmadan böyüyürük. Bu klubun 3 il çempion olub Avropaya yol açmasını da görmüşük, Əlincədə "Qəbələ"dən 8 dənə topu da. Səfərlərə qəpik-qəpik pulumuzu yığıb isti-soyuq demədən getmişik, yollarda saatlarla ac qalmışıq ki, "Neftçi"ni səfərlərdə tək qoymayaq. Buraxdığınız milyonlara qarşılıq bu gün komanda 8 klubluq çempionatda 7-ci yerdədirsə, deməli, həqiqətən çox şey yolunda getmir. Bugünə qədər nə etmişiksə, "Neftçi"nin yaxşılığı üçün eləmişik, gözəl və günəşli günlərə qayıtmaq üçün etmişik. Xahiş edirik, komandaya qarşı olan nəzarətinizi artırıb işi bacaranlarına həvalə edəsiniz".
saytlarin hazirlanmasi