İtaliya A seriyası təmsilçisi "Palermo" baş məşqçisi Dieqo Luis Lopesi istefaya göndərib.
Sportal.az xəbər verir ki, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. Yanvarın 26-dan "Palermo"nu çalışdıran Lopesin rəhbərliyi altında komanda 10 matçda 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət əldə edib.
Qeyd edək ki, "Palermo" 31 turdan sonra 15 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.