Dortmundda partlayış: Oyun təxirə salındı

22:39 - 11 Aprel 2017

Çempionlar Liqasının 1/4 finalında bu gün keçirilməli olan “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb “Borussiya”nın futbolçularını oyuna aparan avtobusun yaxınlığında bomba partladılması olub. Partlayış “Siqnal İduna Park” stadionundan 10 kilometrlik məsafədə törədilib. Komandanın ispaniyalı müdafiəçisi Mark Bartra yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, matçın sabah Bak vaxtı ilə 20:45-də keçirilməsi nəzərdə tutulub.

Xəbər xətti