Millimizin üzvü Dmitri Nazarov qış fasiləsindən sonra "Aue"nin sərgilədiyi oyunu ilə diqqətləri öz üzərinə çəkir.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqada 7 qol vurub və bu qolların 6-sını penalti zərbəsi ilə rəqib qapısından keçirib.
Nazarov bu göstərici ilə "Aue"nin əfsanəvi futbolçusu Erler Holqerin rekorduna yaxınlaşıb. Holqer 1980/81-ci il mövsümündə 7 penaltinin hamısını dəqiqliklə yerinə yetirib.
Məsələ ilə bağlı açıqlama verən Erlər Holqer Dima ilə qürur duyduğunu bildirib:
"Mən Nazarovla fəxr edirəm. O, hər şeyi əla edir. Dmitri penalti vuran zamanı qapıçılar çıxılmaz vəziyyətdə qalır".
saytlarin hazirlanmasi