Dünən Çempionlar Liqasının 1/4 finalının “Borussiya” – “Monako” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışda şübhəli bilinən iki şəxsdən biri saxlanılıb.
Sportal.az xəbər verir ki, bu barədə federal prokurorluğun mətbuat xidmətinin rəhbəri Frayuk Koler Almaniya mətbuatına açıqlama verib. Şübhəli bilinən şəxsin radikal qruplaşmanın üzvü olduğu bildirilir.
Qeyd edək ki, məlum səbəbdən təxirə salınan “Borussiya” (Dortmund) – “Monako” görüşü bu gün keçiriləcək.
saytlarin hazirlanmasi