“Yuventus” futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, ulduz oyunçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb. Argentinalı hücumçu illik 7 milyon avro maaş alacaq. Bu isə o deməkdi ki, Dibala Turin klubunda ən yüksək ödənişli ikinci futbolçu olacaq. Qonsalo İquain birinci illik 7,5 milyon avro ilə ilk pillədədir.
Xatırladaq ki, Dibala 33,7 milyon avro qarşılığında 2015-ci ildə “Palermo”dan transfer olunub.
saytlarin hazirlanmasi