"Palmeyras"ın futbolçusu Felipe Melo irqçiliyə məruz qalıb.
Sportal.az xəbər verir ki, bu, Libartadores Kuboku çərçivəsində "Palmeyras"ın "Penarol"u 3:2 hesabı ilə məğlub etdiyi matçda baş verib.
Qarşılaşmadan sonra açıqlama verən "sambaçı" rəqibin futbolçuisu Qaston Rodriqesin ona "meymun" dediyini söyləyib:
"O, oyunun gedişində mənə "meymun, meymun, meymun" deməyə davam edirdi. Yəqin Qastonun arvadı onu qaradərili biri ilə aldadıb. Görünür, bu səbəbdən qaradərililərlə yola getmir. Ancaq artıq mən özümü idarə etməyi bacarıram. Əvvəlki Melo olsaydı, yumruq atardı".
Qeyd edək ki, Melo müqavilə ilə "İnter"ə məxsusdu.
saytlarin hazirlanmasi