Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Real"ın futbolçusu Kriştiano Ronaldo ən yaxşı futbolçu seçilib.
Ulduz futbolçu ümumi səslərin 57 faizini toplayıb.
Qeyd edək ki, Ronaldo "Bavariya" 1 - 2 "Real" matçında komandasının qollarının müəllifi olub.
saytlarin hazirlanmasi