Elxan Abdullayev: "Xal itkisindən söhbət gedə bilməz" MÜSAHİBƏ

20:57 - 15 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Neftçi" - AZAL matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev qələbəni şərh edib.

 

- Komandamız bu gün layiqli qələbə qazandı. Futbolçularımı təbrik edirəm.

 

- Adətən oyundan sonra azarkeşlərin yanında gedib, əl çalırdız. Amma bu dəfə olanları kənardan izlədiniz...
- Mən heç vaxt tribunaya getmirəm. Mənim azarkeşlə nə işim var? Azarkeş sağ olsun ki, komandanı dəstəkləyir.

 

- Düşünmürsüz ki, "Zirə" ilə oyun sizin üçün finala bərabərə olacaq?

- 4 komanda arasında gərgin mübarizə gedir. Burada xal itkisindən söhbət gedə bilməz. Biz son iki oyunumuzu qələbə ilə başa vurmağı düşünürük. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.

 

- Nəsə bikef görünürsüz...

- Nəyə sevinməliyəm ki?

 

- Komandanız 4:0 hesabı ilə qalib gəlib axı...

- Komandam əvvəlki oyunlarda da qalib gəlməliydi... (Futbol11.az)

Xəbər xətti