İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun mərkəzi oyununda isə “Mançester Yunayted” lider “Çelsi”ni qəbul edib. Mankunianlar "zadəganlar"ı evə əliboş yola salıblar - 2:0.
Premyer Liqanın turnir cədvəlinə 32 oyuna 71 xal toplayan "Çelsi" başçılıq edir. "Tottenhem" 2-ci (32 oyun, 71 xal), "Liverpul" 3-cüdür (33 oyun, 66 xal). "Mançester Yunayted" isə 60 xalla 5-ci yerdə qərarlaşıb.
Mançester Yunayted - Çelsi 2:0
Qollar: Reşford, 7. Ander Errera, 49.
saytlarin hazirlanmasi